Arda Gülerin yeni klubu bəlli oldu - RƏSMİ

16:58 - 6 İyul 2023

"Fənərbaxça"nın gənc futbolçusu Arda Gülerin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Real"a keçib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Real" Ardanın transferi üçün "Fənərbaxça"ya 20+10 milyon avro ödəyəcək. İyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Genclerbirliyi" akademiyasından heyətinə cəlb edib. Türkiyə millisinin üzvü son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti