"Atletiko" "Çelsi"nin müdafiəçisini transfer etdi

19:33 - 6 İyul 2023

İspaniayanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "Çelsi"dən ayrılan Sezar Aspilikuetanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı sağ cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sezar Aspilikueta "Çelsi"yə 2012-ci ilin yayında "Marsel"dən keçmişdi. İspan arxa xətti oyunçusu London təmsilçisinin heyətində keçirdiyi 508 rəsmi matçda 1 qol v 56 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti