"Barselona"nın futbolçusu Usman Dembele karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, fransalı vingerin xidmətində PSJ maraqlıdır. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Paris təmsilçisi 26 yaşlı ön xətt oyunçusunun müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. PSJ-nin baş məşqçisi Luis Enrike Fransa millisinin üzvünün transferində maraqlıdır.
Qeyd edək ki, "Barselona" Usman Dembeleni 2017-ci ilin yayında Dortmund "Borussiya"sından transfer edib. O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Dembelenin Kataloniya təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi