Azərbaycan çempionu Serbiya millisinin üzvü ilə anlaşdı

10:06 - 7 İyul 2023

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionunun mövsümlərarası fasilədə ilk transferi serbiyalı futzalçı olub.

Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.

Xəbər xətti