"Yurqorden" Musanı Konfrans Liqasının oyunları üçün sifariş edə biləcək

14:14 - 7 İyul 2023

"Yurqorden"ə keçən Musa Qurbanlı yaxın vaxtlarda komandasının heyətində debüt edəcək.

Sportal.az saytına verilən məlumata görə, isveçlilər lazım olan bütün sənədləri "Qarabağ"dan alıb.

Adıçəkilən klub 21 yaşlı hücumçunun daxili oyunlarda oynaması üçün artıq sifariş edə biləcək. Amma onun 14-cü turda “Vernamo” ilə görüşdə debüt etməsi baş tutmayacaq. Lakin 15-ci turda azərbaycanlı forvardın adını sifariş ərizəsinə daxil ediləcək.  

Bununla yanaşı, İsveç klubu Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Lütsern"lə görüşü üçün sifariş ediləcək və avrokuboklarda meydana çıxmaq şansına sahib olacaq.

Xəbər xətti