PAOK-a keçən millimizin üzvü: "Yeni çağırışdır"

15:14 - 7 İyul 2023

Qadın futbolu üzrə Azərbaycan millisinin müdafiəçisi Ayşən Əhmədova Türkiyənin "Fomget" klubunu PAOK-a dəyişib.

Sportal.az xəbər verir ki, Əhmədova Saloniki təmsilçisinə keçidi haqda bunları deyib:

"PAOK-a keçdiyim üçün şadam. Bu, həm liqada, həm də avrokuboklarda yeni, lakin yenə də yüksək hədəflərim üçün yeni çağırışdır. Komandanın rəhbərliyinə və məşqçilər korpusuna etimada görə təşəkkür edirəm. PAOK-un məqsədlərinə çatması üçün əlimdən gələni edəcəm".
 

Xəbər xətti