İspaniyanın "Real" klubu "Fənərbaxça"dan transfer etdiyi Arda Güleri ictimaiyyətə təqdim edib.
Sportal.az xəbər verir ki, bu gün Madriddə 18 yaşlı yarımmüdafiəçi üçün imza mərasimi təşkil olunub.
"Kral klubu" gənc futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Real" Türkiyə millisinin üzvü üçün İstanbul klubuna 20+10 milyon avro ödəyəcək. Bundan əlavə futbolçu hansısa kluba transfer olsa, gəlirin 20 faizi "Fənərbaxça"nın hesabına keçəcək.
Qeyd edək ki, "Fənərbaxça" Arda Güleri 2019-cu ildə "Genclerbirliyi" akademiyasından heyətinə cəlb edib. Türk orta xətt oyunçusu son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 35 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi