PSJ-dən 60 milyon avroluq transfer

16:50 - 7 İyul 2023

Fransanın PSJ klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Sportinq"dən Manuel Uqarteni rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

PSJ uruqvaylı yarımmüdafiəçi üçün Lissabon təmsilçisinə 60 milyon avro təzminat ödəyib. 22 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

"Sportinq" Manuel Uqarteni 2021-ci ilin yayında "Farmalikan"dan transfer etmişdi. Uruqvay millisinin üzvü son mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, PSJ yay transfer pəncərəsi zamanı Milan Şkrinyar və Marko Asensionu transfer edib.

Xəbər xətti