PFL rəsmisi Konfrans Liqası matçına təyinat aldı

20:40 - 7 İyul 2023

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

Sportal.az xəbər verir ki, PFL rəsmisi UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Zimbru” (Moldova) – “La Fiorita” (San-Marino) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 20-də Moldovanın paytaxtı Kişinyovda baş tutacaq.

Xəbər xətti