"Fənərbaxça" Arda Gülerin əvəzləyicisini tapdı: 10 milyonluq təklif

17:41 - 7 İyul 2023

Arda Güleri "Real"a satan "Fənərbaxça" yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi müqavilə ilə "Dinamo"ya məxsus olan Sebastian Şimanskiydir. Türkiyə klubu polşalı orta xətt oyunçusu üçün Moskva təmsilçisinə 10 milyon avroluq rəsmi təklif göndərib.

24 yaşlı yarımmüdafiəçi özü "Fənərbaxça"da oynamağa isti yanaşır.

Qeyd edək ki, "Dinamo" Sebastian Şimanskiyi 2019-cu ilin yayında "Legiya"dan transfer edib. Polşa millisinin üzvü son mövsümü icarə əsasında "Feyenoord"da keçirib. O, Niderland çempionunun heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Dinamo" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti