"Bavariya"nı La Liqaya dəyişdi

17:58 - 7 İyul 2023

"Bavariya"dan ayrılan Deyli Blindin yeni komandası müəyyənləşib.

Sportal.az xəbər verir ki, 33 yaşlı sol cinah müdafiəçisi karyerasını İspaniya La Liqasında davam etdirəcək. Niderlandlı arxa xətt oyunçusu "Jirona" ilə razılıq əldə edib.

Təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Deyli Blind bu ilin yanvar ayında "Ayaks"dan ayrılaraq "Bavariya"ya keçmişdi. Təcrübəli futbolçu Bundesliqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti