"Fənərbaxça" hücumçusunu Belçikaya göndərdi

21:21 - 7 İyul 2023

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Tiaqo Çukuru icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçunu "Beveren"ə göndərib. Bu barədə "Fənərbaxça"nın mətbuat xidməti məlumat yayıb. Gənc forvard 2023/24 mövsümünü icarə əsasında Belçika klubunda keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Tiaqo Çukuru ötən ilin yayında "Uotford"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü 2022/23 mövsümünü icarə əsasında "Dender"də keçirib. O, komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti