Dadaşov qol vurdu, komandası uduzdu

09:24 - 8 İyul 2023

Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" yoxlama matçına çıxıb. 

Sportal.az xəbər verir ki, Dadaşovun komandası "Lozanna Uşi" ilə üz-üzə gəlib. "Qrasshopper" rəqibinə 1:2 hesabı ilə uduzub.

İkinci hissədə meydana daxil olan Renat 78-ci dəqiqədə komandasının yeganə qolunu vurub.

Xəbər xətti