Fransanın PSJ klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Malyorka"dan Kanq-in Lini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
PSJ cənubi koreyalı vinger üçün İspaniya klubuna 22 milyon avro təzminat ödəyib. 22 yaşlı ön xətt oyunçusu Liqa 1 təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
"Malyorka" Kanq-in Lini 2021-ci ilin yayından "Valensiya"dan transfer etmişdi. Gənc futbolçu son mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, PSJ yay transfer pəncərəsi zamanı Milan Şkrinyar, Marko Asensio və Manuel Uqarteni rənglərinə bağlayıb.
saytlarin hazirlanmasi