"Fənərbaxça"nın müdafiəçisi Atilla Salai karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, macar futbolçunun xidmətində "Union Berlin" maraqlıdır. Paytaxt təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün "Fənərbaxça"ya 11,5 milyon avroluq təklif göndərib.
İstanbul təmsilçisi Macarıstan millisinin üzvünü satmağa isti yanaşır.
Qeyd edək ki, "Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında "Apollon"dan transfer edib. O, son mövsümdə komandanın heyətində 52 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi