Ramil Şeydayev yeni klubu ilə müqavilə imzaladı - RƏSMİ

11:04 - 9 İyul 2023

"Qarabağ"dan ayrılan Ramil Şeydayevin yeni klubunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu Taylandın "Buriram Yunayted" klubuna keçib. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Təcrübəli forvard yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ramil Şeydayev 2021-ci ilin yayında "Sabah"dan ayrıldıqdan sonra "Qarabağ"a keçmişdi. O, başa çatan mövsümdə Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti