"Qalatasaray" PSJ ilə razılaşdı: İkardi gəlir

14:54 - 9 İyul 2023

"Qalatasaray" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılıq əldə edib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi argentinalı hücumçunu 10 milyon avro qarşılığında heyətinə qatacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

31 yaşlı forvardla şəxsi şərtləri daha əvvəldən razılanşdıran "sarı-qırmızılar"ın transferi yaxın günlərdə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Mauro İkardi son mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Təcrübəli hücumçu "cim bom"un heyətində meydana çıxdığı 26 rəsmi matçda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti