"Qarabağ"ın rəqibi ispan futbolçu ilə gücləndi

15:57 - 9 İyul 2023

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Cəbəllütariq təmsilçisi Mandi Sosanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Mandi Sosa son olaraq "Unionistas" klubunda çıxış edib.

Qeyd edək ki, "Qarabağ" və "Lonkoln" arasında ilk oyun 11 iyul tarixində Cəbəllütariqdə keçiriləcək. Cavab görüşü isə iyulun 19-da Bakıda baş tutacaq.

Xəbər xətti