"Bavariya"nın müdafiəçisi PSJ-də - RƏSMİ

16:09 - 9 İyul 2023

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Bavariya"dan Lukas Hernandesi rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

PSJ fransalı müdafiəçi üçün Münhen təmsilçisinə 47 milyon avro ödəyib. 27 yaşlı arxa xətt oyunçusu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Bavariya" Lukas Hernandesi 2019-cu ilin yayında "Atletiko"dan transfer etmişdi. Fransa millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində son mövsümdə 11 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti