"Roma" ispan futbolçu transfer etdi

21:20 - 9 İyul 2023

İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Lids Yunayted"in müdafiəçisi Dieqo Lyorenteni icarəyə götürüb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı mərkəz müdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında "Roma"da keçirəcək.

Qeyd edək ki, "Lids Yunayted" Dieqo Lyorenteni 2020-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İspan arxa xətt oyunçusu son mövsümün ikinci yarısını icarə əsasında "Roma"da keçirib. Təcrübəli futbolçu komandanın heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti