"İnter" "Bavariya"nın qapıçısını istəyir

22:10 - 9 İyul 2023

Andre Onananı "Mançester Yunayted"ə satmağa hazırlaşan "İnter" heyətini yeni qapıçı ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Bavariya"da çıxış edən Yann Sommerin xidmətində maraqlıdır. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"İnter" isveçrəli qolkiper üçün 6 milyon avroluq təklif göndərəcək. "Bavariya" 34 yaşlı "əlcək sahibi" ilə yollarını ayırmağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Yann Sommeri bu ilin yanvar ayında Münhenqladbax "Borussiya"sından transfer edib. Təcrübəli qapıçı Münhen təmsilçisinin heyətində 25 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti