Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Matç TV" turniri davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Zenit" və "Fənərbaxça" komandaları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Zenit" 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Neftçi" də "Matç TV" turnirində iştirak edir. "Ağ-qaralar" "Zenit"ə 1:3, "Srvena Zvezda"ya isə 0:4 hesabı ilə məğlub olub. "Neftçi" son oyunu 15 iyul tarixində "Fənərbaxça"ya qarşı keçirəcək.
saytlarin hazirlanmasi