"Kuban"ın yetirməsi olan Sadıq Baqıyev özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, futbolçu Krasnodarın digər təmsilçisi ilə anlaşıb.
19 yaşlı futbolçu “Kuban Holdinq”lə müqavilə imzalayıb. Yarımmüdafiəçi Rusiya klubunun 1,5 illik müqavilə təklifini geri çevirməyib. Azərbaycanın U-19 yığmasında oynamış Baqıyev U-21 yığmasına əsas namizədlərdən hesab edilir.