Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin hədəfində olan oyunçu "Mançester Siti"də çıxış edən Bernardo Silvadır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
PSJ portuqaliyalı yarımmüdafiəçi üçün yaxın günlərdə İngiltərə klubuna 80 milyon avroluq təklif göndərəcək.
PSJ yay transfer pəncərəsi zamanı Milan Şkrinyar, Marko Asensio, Manuel Uqarte, Kanq-in Lin və Lukas Hernandesi transfer edib.
Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. 28 yaşlı vinger son mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 55 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi