"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə maraqlanır.
Hətta “Qalatasaray” rəsmiləri Silvanın meneceri ilə danışığa keçərək, onun Türkiyədə oynamaq məsələsinə necə yanaşdığını öyrənib. Silvanın meneceri isə futbolçunun hələ ki, “Mançester Siti”dəki karyerasına fokuslandığını və təklifləri yayda nəzərdən keçirəcəyini qarşı tərəfə bildirib.
Qeyd edək ki, 30 yaşlı futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Bernardo karyerası ərzində “Benfika”, “Monako”da da oynayıb.
saytlarin hazirlanmasi