Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli UEFA Millətlər Liqası 6-cı turunun İsveçlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az 27 yaşlı forvardın fikirlərini diqqətinizə çatdırır:
“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir. Rəqibin adı bəllidir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Ancaq millidə daha önəmlisi qələbə qazanmaqdır. Hamımız bua yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə qolu olması mənim üçün daha vacibdir”.
saytlarin hazirlanmasi