"Qarabağ"ın rəqibi aşağı liqaya göndərilməyəcək - klubun rəhbəri açıqladı

22:23 - 18 Noyabr 2024

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion”un maliyyə problemləri səbəbindən Liqa 2-yə göndəriləcəyi gözlənilir.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubunun rəhbəri Con Tekstor klubun əsas liqadan qovulmayacağını bildirib. 

Belə ki, o, “Lion”un ikinci liqaya düşməkdən xilas etmək planlarının olduğunu söyləyib. İş adamının planına görə, o, səhmlərinin 45%-ni , təxminən 200 milyon avroya “Kristal Pelas”a satacaq və təqribən 100 milyon avro daha çox gəlir əldə etmək məqsədi ilə birjaya çıxacaq. 

Bununla yanaşı, Fransa nəhəngi əsas heyətdən bir neçə futbolçusunu satacaq. Klub rəhbəri qısa olaraq “səhmdarlardan heç biri klubun aşağı liqaya düşməsinə icazə verməyəcək” açıqlamasını verib. 

Qeyd edək ki, daha əvvəl komandanın gələn mövsümdə yarım milyard borc şəklində maliyyə problemlərinə görə Fransanın ikinci divizionuna göndəriləcəyi bildirilirdi. Klub həmçinin transfer qadağasına məruz qalacaq. 

Əlavə edək ki, “Qarabağ” – “Lion” noyabrın 28-də Bakıda Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Xəbər xətti