"Real"ın futbolçusu Arda Güler klubdakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi qışda Madrid təmsilçisini tərk etmək istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Arda və ailəsi "Real"dan başqa kluba icarəyə getmək barədə fikirlərini qətiləşdirib. 19 yaşlı futbolçu daha çox forma şansı qazana biləcəyi kluba getmək niyyətindədir.
Qeyd edək ki, "Real" Arda Güleri ötən ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu bu mövsüm "kral klubu"nun heyətində 12 rəsmi matçda 307 dəqiqə meydanda olub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi