Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində sabah səfərdə "İsveç"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Portuqaliyalı mütəxəssis oyun barədə fikirlərini bildirib:
“Güclü heyət qurmaq, hər oyunda qələbə qazanmaq istəyirik. Son üç matçda çıxışımızda müsbətə doğru böyük dəyişiklik var. Sabahkı rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdirlər. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdır. Milli komanda üç gündən bir çıxış edir. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.
saytlarin hazirlanmasi