Aksel Vitsel “Atletiko”dan ayrılacaq.
Sportal.az “Relevo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu cari mövsümün sonunda Madrid klubunda qalmayacaq.
Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır və Madrid təmsilçisi müqavilə müddətinin artırılması ilə bağlı danışıqlar aparmır.
“Atletiko”nun Vitselə yeni müqavilə təklif etmək ehtimalı azdır. Çünki onlar heyəti cavanlaşdırmaq və maaşları azaltmaq istəyir. 36 yaşlı Vitsel bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Vitsel karyerası ərzində “Standart”(Liej), “Benfika”, “Zenit”, “Tianjin Quanjin”, “Borussiya”(Dortmund) klublarında oynayıb.
saytlarin hazirlanmasi