Argentina millisinin üzvü "Lion"da - RƏSMİ

19:20 - 15 Yanvar 2025

Fransanın "Lion" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Botafoqo"dan Tiaqo Almadanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvü mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirəcək.

Qeyd edək ki, "Botafoqo" Tiaqo Almadanı 2024-cü ilin yayında ABŞ-nin "Atlanta" klubundan transfer edib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Braziliya təmsilçisinin heyətində keçirdiyi 20 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti