Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir.
Sportal.az xəbər verir ki, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.
saytlarin hazirlanmasi