"Gəncə" "Şəki"yə qalib gəldi, "Lənkəran" evdə uduzdu

16:34 - 8 Fevral 2025

Azərbaycan Basketbol Liqasında (ABL) 14-cü tura B qrupunda keçirilmiş iki oyunla yekun vurulub.

Sportal.az xəbər verir ki, günün ilk oyununda "Lənkəran" doğma azarkeşləri önündə 97-98 hesabı ilə "Ordu" klubuna məğlub olub.

Turun son görüşü Gəncədə B qrupunun liderləri arasında baş tutub. Yerli komanda "Gəncə" "Şəki" üzərində 91-77 hesablı rahat qələbə qazanıb və B qrupunda liderliyə yüksəlib.

Geridə qalmış 14 turdan sonra  A qrupuna "Sabah", B qrupuna isə "Gəncə" klubu liderlik edir

Xəbər xətti