Antuan Qrizmann “Atletiko”da qalmaq istəyir.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, fransız klubdan ayrılmaq niyyətində deyil. O, bir çox təkliflərin olmasına baxmayaraq, “Atletiko”da özünü xoşbəxt hiss edir. Buna görə də, Antuan klubla əməkdaşlığının uzunmüddətli olmasında maraqlıdır. Dieqo Simeone də onun çıxışından razıdır. Halbuki daha əvvəl Qrizmannın “Los-Anceles”ə keçə biləcəyi iddia olunurdu. Bu mövsüm Antuan La Liqada 28 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
34 yaşlı futbolçu “Real Sosyedad”, “Barselona” klublarında da oynayıb.
saytlarin hazirlanmasi