Millimizin forvardı "Qarabağ"da qaldı - Skandinaviya təmsilçisi yayda yenidən təklif göndərəcək

11:28 - 27 Mart 2025

Norveçin “Molde” klubu “Qarabağ” və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyib.

Sportal.az saytına verilən məlumata görə, norveçlilər 20 yaşlı hücumçunu istəsə də, tərəflər arasında razılıq baş tutmayıb.

Ona görə də, keçid reallaşmayıb və Axundzadə “Qarabağ”da qalıb. Norveçdə “transfer pəncərəsi” bu gün bağlanacaq.

Amma "Molde" yayda yenidən Nəriman üçün "Qarabağ"la danışıq aparacaq. 

Xəbər xətti