"Aston Villa" "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordla bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi İngiltərə millisinin sabiq üzvünü transfer hüququna yiyələnmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Aston Villa" 27 yaşlı vinger üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Aston Villa" Markus Reşfordu bu ilin fevral ayında icarəyə götürüb. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 3 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi