"Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün cavab görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv "Çelye"nin qonağı olub. Bakıda keçirilmiş görüşdə 2:3 hesabı ilə məğlub olan "Sabah" ikinci matçda əsas vaxtda eynihesablı qələbə qazansa da, əlavə vaxtda 1 qol buraxaraq ümumi hesabda 5:6 hesablı məğlub olaraq turnirlə vidalaşmalı olub.
Qeyd edək ki, komanda yoluna Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Petrokub" (Moldova) ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00 "Çelye" (Sloveniya) – "Sabah"(Azərbaycan) 2:3 (Əlavə vaxt 3:3)
Qollar: F.Kovaçeviç,19, D,Vukliseviç,49, N.İosifof,108, - C.Mikels,10, 63, 64
saytlarin hazirlanmasi