"Arsenal"ın futbolçusu Etan Nvaneri karyerası Fransada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Marsel" ingiltərəli hücumameyilli yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. 18 yaşlı ön xətt ooyunçusu mövsümün ikinci yarısını Liqa 1 təmsilçisinin heyətində keçirəcək. Müqavilədə satınalma bəndi yer almayacaq.
Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub. Gənc futbolçunun London klubu ilə müqaviləsi 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
