"Qarabağ"ın rəqibinin baş məşqçisi postu üçün iki namizəd

18:59 - 20 Yanvar 2026

Dino Toppmöllerlə yollarını ayıran "Ayntraxt" baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Sportal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Frankurt təmsilçisinin gündəmində iki mütəxəssis var.

Bunlardan biri hazırda işsiz olan Edin Terziçdir. Klub rəhbərliyi almaniyalı məşqçi ilə danışıq aparıb. Lakin Terziç təklifi qəbul etməyib.

Bundesliqa klubunun baş məşqçisi postuna digər namizəd isə "Leyptsiq"i çalışdıran Marko Rozedir. "Ayntraxt" 49 yaşlı çalışdırıcı üçün onun klubunaa 1 milyon avro təzminat ödəməyə hazırdır.

Qeyd edək ki, "Ayntraxt" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti