"Orada yaşadıqlarım unudulmazdır" - "Qarabağ"dan ayrılan legioner

17:22 - 28 İyun 2026

“Qarabağ”dan Ukraynanın "Polessye” klubuna keçən Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi social şəbəkə hesabında bunları yazıb:

“Qarabağ”la vidalaşmağın vaxtı gəldi, çatdı. Çətin olsa da, bu dörd il yarım ərzində yaşadığım hər şeyi sözlə ifadə etməyə çalışacam və bunların hamısını bir sözlə xülasə etmək olar: unudulmaz! Məşqçilərə, komandaya və komanda yoldaşlarıma ilk gündən özümü evdəki kimi hiss etməyimə imkan yaratdıqları üçün təşəkkür etmək istəyirəm. Burada ömürlük dostlar qazandım. Daimi dəstəyinə və çoxsaylı müsbət mesajlarına görə azarkeşlərə xüsusi təşəkkür edirəm. Onlar həmişə özümü onlardan biri kimi hiss etməyimə səbəb oldular! Kluba və orada çalışan hər kəsə uğurlar. "Qarabağ"da yaşadıqlarım unudulmazdır. Onlar, şübhəsiz ki, buna layiqdirlər. Təşəkkür edirəm, Bakı! Təşəkkür edirəm, ailə”.

Qeyd edək ki, Leandro Andrade "Polessye" ilə 3 illik müqavilə imzalayıb.
 

Xəbər xətti