"Qarabağ"ın avrokubok matçının biletləri satışa çıxır

20:23 - 2 İyul 2026

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, oyun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Standart biletlərin qiymətləri:

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.


Xəbər xətti