İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər Premyer Liqa nəhəngi "Atalanta"dan Marko Palestranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" italiyalı futbolçu Berqamo klubuna 57 milyon avro təzminat ödəyəcək. 21 yaşlı sağ cinah müdafiəçisi ilə 2033-cü ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Palestra 2025/26 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
