Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov FİFA-nın Rusiyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasını 2026-cı ildə Azərbaycanda keçiriləcək Dünya Gənclər Çempionatı və Festivalına qəbul etmək qərarına münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Çempionat.com”a danışan Dyukov FİFA-nın addımını müsbət dəyərləndirib:
"Biz 22-31 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçulardan ibarət FIFA Festivalında iştirak etmək üçün FİFA-dan rəsmi dəvət aldıq. Biz bu dəvəti milli komandalarımızın rəsmi yarışlara tam qayıtması istiqamətində mühüm addım kimi qəbul edirik. Bundna imtina etmək üçün heç bir səbəb görmürük".
Xatırladaq ki, FİFA və UEFA Rusiya tərəfinin Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya futbolunu beynəlxalq yarışlardan kənarlaşdırıb.
