"Fənərbaxça"nın yeni transferi zədələndi

19:37 - 29 İyun 2026

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vedat Muriki sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kosovolu forvard komandanın bu gün baş tutan məşq məşqində zədələnib. Murikinin sağ ayaq əzələsində yırtıq aşkarlanıb. 32 yaşlı futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" Vedat Murikini bu yay "Malyorka"dan 15 milyon avroya transfer edib.

Xəbər xətti