Elyakim Manqala rəsmi olaraq peşəkar futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, Fransa milli komandasının keçmiş mərkəz müdafiəçisi 35 yaşında futbolla vidalaşmaq qərarına gəlib.
Manqala 2014-cü ildə "Mançester Siti" onu 45 milyon avroya "Portu"dan transfer etdiyi zaman dünyanın ən bahalı müdafiəçisi olmuşdu. Böyük gözləntilərə baxmayaraq, o, İngiltərə klubunun əsas heyətində möhkəmlənə bilməyib.
Fransalı futbolçu karyerası ərzində "Standard", "Portu", "Valensiya", "Everton", "Sent-Etyen" və digər klubların şərəfini qoruyub, həmçinin Fransa milli komandasının heyətində 8 oyun keçirib. O, DÇ-2014-ün və Avro-2016-nın iştirakçısı olub.
Manqala karyerası ərzində ümumilikdə 10 titul qazanıb. Bunlara Belçika çempionluğu, Belçika Kuboku, Belçika Superkuboku, iki dəfə Portuqaliya çempionluğu, iki dəfə Portuqaliya Superkuboku, həmçinin iki dəfə İngiltərə Premyer Liqası və iki dəfə İngiltərə Liqa Kuboku daxildir.
saytlarin hazirlanmasi
