"Atletiko"nun futbolçusu Portuqaliya klubu ilə razılığa gəldi

23:32 - 28 İyun 2026

Kleman Lanqle "Atletiko"nu tərk edir.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, 31 yaşlı müdafiəçi "Benfika"ya keçir. Transfer bütün tərəflər arasında tam razılaşdırılıb.

Əvvəllər "Barselona"da çıxış etmiş fransalı futbolçu Lissabon təmsilçisi ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayacaq.

Lanqle ötən mövsüm La Liqada 19 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti