"Turan Tovuz" Türkiyəyə yollanacaq

19:34 - 28 İyun 2026

"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub. 

Sportal.az xəbər verir ki, bölgə klubu iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.  

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək. Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək

Xəbər xətti