Braziliya millisinin üzvü üçün yeni müqavilə təklif etməyə hazırlaşırlar

20:17 - 28 İyun 2026

“Nyukasl” rəhbərliyi yarımmüdafiəçi Bruno Gimarayş üçün yeni, təkmilləşdirilmiş müqavilə hazırlayır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London təmsilçisi “Arsenal”ın təklifinə baxmayaraq braziliyalı futbolçunu komandada saxlayacağına ümid edir. "Sağsağanlar" yarımmüdafiəçiyə 2030-cu ilə qədər həftədə təxminən 200 min funt sterlinq (232.000 avro) maaşla müqavilə təklif etməyə hazırdırlar.

Müqavilə imzalanarsa, yarımmüdafiəçi klub tarixində ən çox maaş alan oyunçu olacaq. "Nyukasl" rəhbərliyi hazırda braziliyalı oyunçunun satılmadığını və "Arsenal"ın artan marağına baxmayaraq kapitanını komandada saxlamağa çalışacağını israr edir.

Hazırda Braziliya millisinin heyətində yer alan Brunonun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti