"Sabah" "Ferentsvaroş"a uduzmadı - FOTOLAR

21:35 - 28 İyun 2026

Bu gün "Sabah" Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Sportal.az xəbər verir ki, "bayquşlar" Macarıstanın "Ferencvaroş" komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Valdas Dambrauskasın komandası bundan əvvəl Rumıniyanın "Universitatya" (1:1) komandası ilə heç-heçə etmişdi.

Onlar həmçinin Ukraynanın "Polesye" (1 iyul) komandası ilə qarşılaşacaqlar.

Xəbər xətti