"Qalatasaray" braziliyalı futbolçü üçün 25 milyon avro ödəməyə hazırdır

15:52 - 29 İyun 2026

Premyer Liqanı tərk edən "Vulverhempton"un yarımmüdafiəçisi Joao Qomes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

Türkiyə çempionu Qomes üçün İngiltərə klubuna 25 milyon avro ödəməyə hazırdır. İstanbul nəhəngi baş məşqçi Okan Burukun komandada görək istədiyi 25 yaşlı oyunçuya illik 4,5 milyon avro maaş təklif edib.

Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvarında "Flamenqo"dan 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "qurdlar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti